Smart Home Baku MMC 30 mart 2015-ci il tarixdə yaradılmışdır. Smart Home Baku MMC Rusiya Federasiyasının domofon avadanlıqları istehsalında lider şirkəti olan Cyfral zavodunun Azərbaycanda rəsmi nümayəndəsidir.

      Domofonların quraşdırılması və texniki xidməti ilə məşğul olan cəmiyyət, yarandığı gündən etibarən bazarda fəaliyyət göstərən digər rəqib şirkətlərdən göstərdiyi xidmətin keyfiyyəti, operativliyi, quraşdırdığı və müştərilərinə təklif etdiyi mal çeşidinin yüksək texniki göstəricilərinə görə fərqlənmişdir.

      Smart Home Baku MMC abonentlərini domofonların quraşdırılması anından etibarən, qapıda və mənzillərdə qoyulmuş domofon avadanlığında yaranacaq bütün problemlərin tam həllinədək, bütün mərhələlərdə müşayiət edəcəkdir.

      Cəmiyyətin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq qarşısına qoyduğu bəzi hədəflərinə  çatmış və müəyyən vəzifələri yerinə yetirə bilmişdir.

Bunlardan.

Yüksək keyfiyyətə və əlverişli qiymətə malik avadanlığın müştərilərə təklif edilməsi.

     Servis xidmətlərinin operativliyinin təmin edilməsi.

     Antivandal avadanlıqların vasitəsilə hər bir abonentin ozunu güvəndə hiss etməsini təmin etmək.

     Rusiya istehsalı olan və texniki xidmət göstərilməyən domofon avanlığının texniki xidmətə qəbulu.

     Müştəri xidmətinin hər bir abonentlə individual iş aparması.

     Hər bir müştərinin cəmiyyətin işinə dair təklif və arzusunu bildirmək imkanları.

-          Abunə haqqı ödənişlərinin rahat və əlverişli formada həyata keçirilməsi üçün ödəmə terminallarında - Milli Ön və E-manat da Cəmiyyətin təmsil olunması.

       Məqsədimiz müştərilərimizin və onların ailə üzvlərinin daha təhlükəsiz mənzildə yaşamasını təmin etməkdir.

      Qarşımıza qoyduğumuz tapşırıqları həll edərək ilkin mərhələdə abonent sayını 100.000  nəfərə,   növbəti  mərhələlərdə isə müvafiq olaraq daha da artırılmasıdır.

      Smart Home Baku MMC – nin peşəkar heyəti abonentləri ilə uzun müddətli, şəffaf və güvənə əsaslanan  möhkəm münasibətlərin qurulması üçün daim öz üzərində çalışır, peşə treninqləri keçir və texniki tərəqqinin nailiyyətlərini izləyir.

İşlərimizdən nümunələr